Qırğızıstanın keçmiş Əmək və sosial inkişaf naziri Uluqbek Katkarovun ABŞ-da kuryer işlədiyi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə paylaşılan videolarda keçmiş məmurun ABŞ-da Amazon şirkətində kuryer fəaliyyəti ilə məşğul olduğu görüntülənib.
Paylaşımlarda bildirilir ki, o, hazırda ABŞ-da Amazon şirkətində kuryer fəaliyyəti ilə məşğuldur. Sosial mediada yayılan görüntülər geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi istedadlı işin hörmətə layiq olduğunu vurğulayıb, digərləri onun keçmiş siyasi fəaliyyətini xatırladıb.
Qeyd edək ki, Uluqbek Katkarov 2018-ci ildə Qırğızıstanın Əmək və sosial inkişaf naziri təyin olunub. Daha sonra isə parlamentdə deputat kimi fəaliyyət göstərib. O, 2020-ci ildə vəzifəsindən azad edilib.