Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv edilir.
Bu qurumlar ləğv edildikdən sonra Milli Məclisin İnsan Hüquqları Komitəsinin müzakirəsinə çıxarılan media haqqında qanuna dəyişiklik təklifi qəbul olunub.
Qanuna əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq.
Şuranın saxlanma xərcləri və fəaliyyəti, həmçinin maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanunla nəzərdə tutulan digər mənbələrdən maliyyələşdiriləcək.