Məşhur bloqer Aysell Şükürün səhhətində problem yaranıb. RTV-nin yaydığı məlumata görə, Aysell dünən gecədən etibarən ciddi şəkildə zəhərlənib.
Hazırda Aysell Şükürün səhhəti yaxşı deyil. Bu səbəbdən o, telefon zənglərinə və mesajlara cavab verə bilmir. Sosial şəbəkədə yayılan məlumata görə, Aysellin yaxınları xəstəliyin ciddiliyini bildirərək, hər kəsdən onun üçün dua etməyi xahiş ediblər.
Aysell Şükürün səhhətinin yaxşılaşması üçün hər kəs dua edir və onun tezliklə sağalması ümid edilir.