Azərbaycanın Milli Qəhrəmanı Albert Ağaronovla bağlı son zamanlar sosial şəbəkələrdə səsləndirilən bəzi iddialara cavab verilib. RTV-yə açıqlamasında veteran tankçı-iştirmaçılar birliyinin sədri Hacı Əzimov bildirib ki, Albert Ağaronov əslən yəhudi olsa da, Vətənin müdafiəsi uğrunda döyüşlərdə fədakarlıq göstərib.
Hacı Əzimov qeyd edib ki, Albert Ağaronov 1991-1994-cü illərdə gedən döyüşlərdə iştirak edərkən Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunun Qızılqaya kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə tank komandiri kimi xidmət edib. O, Ağaronovun döyüşlərdə göstərdiyi şücaəti xüsusi vurğulayıb.
Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda Albert Ağaronovun guya heç bir qəhrəmanlıq etmədiyi və onun adı ilə bağlı iddiaların əsassız olduğu iddia olunur. Hacı Əzimov bu cür iddiaları qəti şəkildə rədd edərək, Albert Ağaronovun həqiqətən də Vətən müharibəsində şücaətlə döyüşdüyünü və bu uğurda canını fəda etdiyini bildirib.
O, xüsusi olaraq qeyd edib ki, Albert Ağaronovun tankı Xocavəndin azad edilməsi zamanı 18 saat ərzində erməni qüvvələrinin hücumlarını dəf edib və bütün şəhəri mühasirədən qurtarıb. Hacı Əzimov əlavə edib ki, əgər o zaman Albert Ağaronovun tankı olmasaydı, Şuşa şəhəri Xocavəndin gündündən də betər olacaqdı.
Qeyd edək ki, Albert Ağaronov 25 aprel 1969-cu ildə anadan olub və 23 iyun 1992-ci ildə şəhid olub.