Tramp Netanyahuya xəbərdarlıq etdi - RTV

ABŞ prezidenti Donald Tramp son 24 saat ərzində İsrail və İran arasında yenidən alovlanan qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa çalışıb.

Bu barədə Axios-un yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Tramp bazar ertəsi günü həm İsrailə, həm də İran'a təzyiq göstərərək tərəfləri uçurum kənarından geri çəkilməyə nail olub.

ABŞ prezidenti bir tərəfdən İsrailin İran'ın raket hücumuna cavab vermək istəyini anlayıb, digər tərəfdən isə belə bir addımın bölgəni yeni müharibəyə sürükləyəcəyindən ehtiyat edirdi.