2026-cı il FIFA Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Qana və Panama komandaları arasında keçirilən matçda maraqlı hadisə yaşanıb. Toronto şəhərində baş tutan oyunda Qana millisi 90+5-ci dəqiqədə Kalib Yirenkyinin vurduğu qolla Panamanı 1-0 hesabı ilə məğlub edib.
Matçın gedişində, xüsusilə ilk dəqiqələrdə, tribunada oturan bəzi Qana azarkeşlərinin etdiyi hərəkətlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda əllərində tozu havaya səpərək müəyyən ritualı yerinə yetirən şəxslər görünüb. Bu hərəkətlərin "Makumba" kimi tanınan rituala aid olduğu ehtimal edilir.
Qeyd edək ki, matçın uzun müddət 0-0 qalması və Qananın son dəqiqələrdə qələbə qolunu vurması, bu ritualın uğurlu olduğu barədə şərhlərə səbəb olub. Sosial media istifadəçiləri bu hadisəni zarafatla qarşılayaraq müxtəlif paylaşımlar ediblər.