Yeniyetmənin ölümünə görə transgenderə - 15 il həbs verildi - RTV

Sumqayıtda baş vermiş dəhşətli hadisənin təfərrüatları üzə çıxıb. Ötən il 15-ci mərtəbədən özünü atan 16 yaşlı yeniyetmənin ölümünə səbəb olan 24 yaşlı transseksual şəxs barədə yeni məlumatlar əldə edilib. İstintaq zamanı müəyyən edilib ki, yeniyetmə sosial şəbəkədə tanış olduğu transseksual şəxs tərəfindən şantaj edilib.

Şantajın təfərrüatları isə yeniyetmənin sosial şəbəkə hesabına ələ keçirərək ona aid məlumatları yaymaqla hədələməsini əhatə edib. Məlumata görə, təqsirləndirilən şəxs yeniyetməyə "get özünü as" deyərək intihara təhrik edib. Nəticədə yeniyetmə öz yaşayış binasının 15-ci mərtəbəsindən atılaraq həyatına son qoyub.

İstintaq davam edərkən, təqsirləndirilən şəxsin eyni üsulla başqa yeniyetmələri də şantaj etdiyi üzə çıxıb. 15 yaşlı həmin zərərçəkmiş də özünə gətirilən təhdidləri etiraf edib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə cinayət məcəlləsinin intihara təhrik etmə maddəsi ilə 15 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.